“Bir Hostçunun həyatı”, “Hisslər Danışanda”, “Hekayəm” və.s mahnıları ilə gənclərin sevimlisi olan Orxan Zeynallı 6 il aradan sonra səhnəyə qayıdır.
OLAY yazır ki, sənətçi “40-cı Paralel” adlı solo konsert proqramı ilə Bakıda minlərlə sevənləri ilə qovuşacaq.
Müğənni 20 noyabrda “Elektra Events Hall”da pərəstişkarları qarşısına çıxacaq.
“6 il, 21 yeni mahnı, 7 yeni klipdən sonra nəhayət ki, gözlənilən gün gəldi çatdı. Mənim yaradıcılığım 2019-cu ildə “40-cı Paralel” mahnısı ilə “əvvəl” və “sonra”ya bölündü. Eyni adlı konsert isə ümid edirəm ki, həyatımın dönüş nöqtəsi olacaq. 15 illik musiqi karyeramın hesabatı. Bu yolda mənlə olan hər kəsə minnətdaram”, - deyə, Orxan paylaşımında qeyd edib.