İncəsənət
İncəsənət

“Paris partladı” baş tutacaq!

“Paris partladı” baş tutacaq!

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 27 oktyabr 19:30-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

OLAY yazır ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elşən Əsgərovdur. Rolları Könül Şahbazova, Səmayə Qulamzadə, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Gülnar Əlfidatlı, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Orxan Əliyev canlandırır.

Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.AZ onlayn bilet satış portalından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən, ASAN Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.