“Açar” qısametrajlı bədii filmi Fransada baş tutacaq 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilib.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb. Festival 29 noyabr - 3 dekabr tarixində keçiriləcək.
Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edən film sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunacaq.
Ekran işində Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.