“Şuşa ili” çərçivəsində İstanbulda “Bir millət, iki dövlət!” şüarı altında Azərbaycanın milli rəqs və musiqilərindən ibarət konsert keçirilib.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Konsertdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə Cəngi Rəqs Ansamblının ifasında “Vətən suitası”, “İgidlər”, “Naz eləmə”, “Uzundərə”, “Yallı”, “Sarı gəlin”, “Bayram” kimi milli rəqslərimiz nümayiş etdirilərək, Azərbaycan musiqi nümunələri səsləndirilib.