Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq.
OLAY yazır ki, film Heydər Əliyev Fondu tərəfindən və Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim
edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.
Ekran işinin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes).