İncəsənət
İncəsənət

Xorxe Fons vəfat etdi

Xorxe Fons vəfat etdi

Meksikalı rejissor Xorxe Fons 83 yaşında vəfat edib. 

OLAY yazır ki, bu barədə The Gal Times məlumat yayıb. Qeyd olunub ki, ölümün səbəbi dəqiqləşdirilməyib. Rejissorun vəfatını Meksika Prezidenti Andres Manuel Lopez Obrador təsdiqləyib, rejissorun yaxınlarına və ailəsinə başsağlığı verib. 

Fons 23 aprel 1939-cu ildə anadan olub. O, baş rolda Salma Hayek oynadığı “Düşmüş sevgi” filmindən sonra populyarlıq qazanıb. Film ispan dilində ən yaxşı xarici film üçün İspaniya Qoya Film Mükafatına layiq görülüb.

Layihə 1995-ci ildə Berlin Film Festivalında Qızıl Ayı Mükafatına namizəd olub, həmçinin Xüsusi Mention kateqoriyasında qalib olub.