İncəsənət
İncəsənət

Rusiyada Maqomayev adına Mədəniyyət Mərkəzi

Rusiyada Maqomayev adına Mədəniyyət Mərkəzi

Rusiyanın Arxangelsk şəhərindəki 31 saylı Uşaq İncəsənət Məktəbində əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.

OLAY yazır ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Açılış mərasimində yerli hakimiyyət orqanlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, şəhər ictimaiyyətini bu mədəni hadisə münasibətilə təbrik ediblər. 

Sonra görkəmli sənətkarın ömür yoldaşı, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya və Azərbaycanın Xalq artisti Emin Ağalarovun tədbir iştirakçılarına video-təbrikləri təqdim edilib. 

Tədbirin bədii hissəsində isə Azərbaycan milli musiqisi və Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.