17-18 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində ilk dəfə Beynəlxalq Çəpni Barış Festivalı keçirilib.
OLAY yazır ki, festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin nümayəndə heyəti təmsil edib.
Qədim Oğuz türklərinin boylarından biri olan çəpnilər (çəpni – igid, cəsur anlamına gəlir) hazırda müxtəlif ölkələrdə yaşayırlar və özünəməxsus adət-ənənələri ilə seçilirlər. Tədbirdə ölkəmizlə yanaşı, İran, İraq, Suriya və Moldovadan nümayəndələr, eləcə də Türkiyənin müxtəlif bölgələrindən çəpnilər də iştirak ediblər.
İki gün davam edən festivalda sənətçilər, rəqs qrupları və şairlərin iştirakı ilə mədəni proqram təşkil olunub.