Ötən gün Bakıda Nizami Gəncəvi heykəlinin qarşısında Yaponiyanın ənənəvi mədəniyyət tədbiri olan “Şam festivalı” keçirilib.
OLAY yazır ki, sözügedən festival üçün Yaponiyadan xüsusi olaraq 2100 ədəd şam gətirilib.
Daha sonra isə tədbirdə iştirak edən hər kəsin xoşbəxt olması diləyi ilə bu şamlar yandırılıb.
Festival Azərbaycan və Yaponiya xalqları arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi məqsədilə təşkil edilib.
Qeyd edək ki, bu günədək bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Koreya və digər ölkələrdə təşkil edilib.
Fotolar: AzərTac