İncəsənət
İncəsənət

ƏSA Teatrından yeni tamaşa

ƏSA Teatrından yeni tamaşa

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında hazırlanmış “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.

OLAY yazır ki, tamaşa sentyabr 28-də Akademik Rus Dram Teatrında nümayiş olunacaq.

Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi maceralarını bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır…