İncəsənət
İncəsənət

Nazirlikdən Xalq artistinin səhhəti barədə açıqlama

Nazirlikdən Xalq artistinin səhhəti barədə açıqlama

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı açıqlama verib. 

Nazirlikdən OLAY-a daxil olan məlumatda bildirilir:

“Xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır. 

Xəbər verildiyi kimi, bir neçə gün öncə Ənvər Həsənovun səhhətində problem yaranmış və o, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdir. Götürülmüş test nəticələrinə əsasən Ə.Həsənovda COVİD-19 virusu aşkarlandığına görə hazırda Xalq artistinin müalicəsi karantin qaydalarına uyğun olaraq davam etdirilir.

Ailəsinin də razılığına əsasən COVİD-19 ilə bağlı müalicəsi və karantin müddəti başa çatdıqdan sonra Ə.Həsənovun səhhətində ola biləcək hər hansı başqa xəstəliklər və narahatlıqlarla əlaqədar onun digər klinikalarda müayinəsi və müalicəsi ilə bağlı Nazirlik tərəfindən lazımi tədbirlər görüləcəkdir”.