Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Musiqi festivalı 18-26 sentyabr tarixlərində baş tutacaq.
Festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılıb
Tədbirə dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunub.