Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə OLAY-a Nazirlikdən məlumat verilib.
Azər Yusubov sonuncu təyinata qədər Şəki Apellyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi məsul vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.