Xalq artisti Miri Yusif İstanbulda konsert verib.
OLAY yazır ki, sənətçi məşhur klubların birində 500 nəfərin qarşısına çıxıb.
Azərbaycanlı və türk tamaşaçılarına hitlərini ifa edən sənətçi Türkiyədəki ilk konsertindən məmnunluq duyduğunu dilə gətirib.
O, bu konsertdən sonra Ankara və İzmirdə səhnəyə çıxacağını da bildirib.
Qeyd edək ki, M.Yusif bir neçə ay öncə türkiyədə albom buraxmışdı.