İncəsənət
İncəsənət

Mədəniyyət Nazirliyi müsabiqə keçirir

Mədəniyyət Nazirliyi müsabiqə keçirir

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edir.

OLAY yazır ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılmasıdır.

Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: roman, dram, mənzum hekayə.

Müsabiqənin şərtləri və mükafat fondu ilə buradan tanış ola bilərsiniz.