Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələrinin dünya və Azərbaycan klassikasının ən parlaq nümunələri ilə tanışlığı davam edir.
OLAY yazır ki, layihə başladığı gündən indiyə qədər gənclər bir neçə teatrda olub və mədəniyyətimizin əvəzsiz inciləri ilə tanışlıq imkanı qazanıblar.
Onlar 7 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan milli operetta janrının banısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasına baxıblar.