İncəsənət
İncəsənət

Ölən professor Cavanşir Quliyevin qohumu imiş

Ölən professor Cavanşir Quliyevin qohumu imiş

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev vəfat edən xalası oğlu, professor Xəlil Qasımov barədə paylaşım edib. 

OLAY yazır ki, məşhur bəstəkar qohumunun ölümündən kədərləndiyini qeyd edib:

“Heyif səndən, ay Xəlil! Mənim uşaqlıqdan heyran olduğum xalam oğlu! Böyük və həqiqi alim! Qohumlar arasında incəsənətlə və mənim yaradıcılığımla ən çox maraqlanan ziyalı və şərəfli bir Azərbaycan vətəndaşı. Allah sənə rəhmət eləsin. İndi cənnətdəsən”. 

Qeyd edək ki, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov oktyabrın 24-də vəfat edib.