Əməkdar artist Aybəniz Haşımova Şuşada əsgərlər üçün aş bişirəcək.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb.
O bildirib ki, bunu 30 il əvvəl arzulayıb:
“Otuz il bundan əvvəl arzulamışdım ki, Şuşa azad olunsun, Cıdır düzündə əsgərlərimiz üçün aş dəmləyəcəm. O gün gəldi, çatdı. İyunun 6-da Şuşaya gedirəm”.