İncəsənət
İncəsənət

“Sən qayıdacaqsan” təqdim olundu

“Sən qayıdacaqsan” təqdim olundu

Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası DTX-nin Mədəniyyət Mərkəzində təqdim olunub.

OLAY yazır ki, 31 Mart soyqırımına, həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan tamaşasının premyerası anşlaqla keçib.

Qeyd edək ki, əsərin müəllifi və quruluşçu rejissoru Vaqif Bəhruzoğlu, ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur.

Tamaşada rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, aktyorlar Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov və Əzizə Həşimova canlandırıblar.

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb və yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda, dünya ölkələrində təbliğ edir.