İncəsənət
İncəsənət

Mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edildi

Mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edildi

Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamları ilə (16 oktyabr, 17 noyabr 2021) təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirilib.

OLAY yazır ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ilk olaraq Novruz bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırb.

Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayırlar. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olunub.