Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, şairin qızı İntizar İsmayıl APA-ya atasının artıq 4 gündür xəstəxanada olduğunu deyib:
“Keçən ayın 30-da xəstəxanaya gətirdik. Bədənində infeksiya var. Neçə gündür yemək yemir. Həkimlərin sözlərinə görə, o, bundan sonra ən azı 10 gün də həkim nəzarətində qalmalıdır”.