İyunun 3-də Heydər Əliyev Sarayında rejissor Nail Naiboğlunun kliplərini çəkdiyi müğənnilərin iştirakı ilə “Klip kimi ömür” adlı qala-konsert keçiriləcək.
OLAY yazır ki, konsertdə Flora Kərimova, Nisə Qasımova, Samir Bağırov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Mətanət İsgəndərli, Ədalət Şükürov, Fərqanə Qasımova, Lalə Məmmədova, Elnur Məmmədov, Samira AliMaryam, İzzət Bağırov, Xatun, Eldar Qasımov, Fahree, İlkin Dövlətov, Samirə Əfəndi, Mehin Hümbətova, reper Saybu, türk müğənnisi Kiçik İbo və başqaları iştirak edəcəklər. Aparıcı Nailə İslamzadədir.
Nail Naiboğlu bildirib ki, gecəsində ulduzlar sevilən hitlərini 35 nəfərdən ibarət GRAMOPHONE estrada orkestrinin müşayiəti ilə canlı ifa edəcəklər.
Dirijor Ellada Məmmədova, gecənin musiqi rəhbəri Xanın İsmayılqızıdır.
Gecədə yeni mahnıların da təqdimatı gözlənilir. Belə mahnılardan birini Türkiyədən gecəyə qonaq gələcək Kiçik İbo ilə müğənni Leyla Rəhimova duet ifa edəcəklər.
Nail Naiboğlunun “Klip kimi ömür”nü 100 nəfərdən ibarət yaradıcı heyət hazırlayır.
Biletlər şəhərin kassalarında və İTİCKET.az saytında satılır.