Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
OLAY “Report”a istinadən yazır ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Mədəniyyət Nazirliyindən faktı təsdiq ediblər.
Qeyd edək ki, Ü. Bəbirova “İrəli” İctimai Birliyinin və “Azərbaycan Könüllüləri” İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.