İncəsənət
İncəsənət

Riçard Çemberlen 90 yaşında vəfat etdi

Riçard Çemberlen 90 yaşında vəfat etdi

Amerikalı kino və televiziya ulduzu Riçard Çemberlen 90 yaşında Havay adalarında vəfat edib.

OLAY yazır ki, aktyorun insult keçirdiyi və bunun nəticəsində həyatını itirdiyi bildirilib.

1934-cü ildə Kaliforniyada anadan olan Çemberlen, 1960-cı illərdə “Dr. Kildare” serialındakı rolu ilə məşhurlaşıb, geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Ardınca “Shogun” və “The Thorn Birds” kimi miniseriallarda baş rolda çıxış edərək “miniserialların kralı” adlandırılıb.

Uzun illər boyunca teatr səhnəsində də fəaliyyət göstərib, Broadway-də “My Fair Lady” və “The Sound of Music” kimi tamaşalarda iştirak edib. Kino sahəsində isə “The Three Musketeers” və “The Towering Inferno” filmlərində yadda qalan rollar ifa edib.

2003-cü ildə nəşr etdirdiyi avtobioqrafik kitabında homoseksual olduğunu açıqlayıb, karyerası boyunca bu həqiqəti gizlətməyin necə ağır olduğunu bölüşüb. Uzun illər birgə yaşadığı həyat yoldaşı Martin Rabbett onun vəfatı ilə bağlı açıqlama verib və Çemberleni “möhtəşəm və sevgi dolu bir ruh” kimi təsvir edib.