İncəsənət
İncəsənət

Mədəniyyət Nazirliyi onları təltif etdi

Mədəniyyət Nazirliyi onları təltif etdi

Martın 19-da Mədəniyyət Nazirliyində Xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, Əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.

OLAY yazır ki, görüşdə Mədəniyyət Naziri Adil Kərimli Fəxri diplomları sənətkarlara təqdim edib. 

Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.