İncəsənət
İncəsənət

“Dostluq” kinoteatrı məscidə çevrilir?

“Dostluq” kinoteatrı məscidə çevrilir?

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76-da yerləşən “Dostluq” kinoteatrının binasının gələcək taleyi haqqındakı təkliflərlə bağlı yeni məlumatlar üzə çıxıb.

OLAY caliber-ə istinadən yazır ki, təkliflər arasında kinoteatrın 800 dindarı qəbul edə biləcək məscidə çevrilməsi layihəsi də olub.

Həmçinin kinoteatrın binasında daxili həcmi və interyeri tamamilə dəyişdirilərək 750 tamaşaçı üçün konsert zalının yaradılması layihəsi təklifi də irəli sürülüb.

Bu layihələr, parlaqlığına baxmayaraq, ümumi konsepsiyaya uyğun gəlmədiyi üçün qəbul edilməyib.

Qeyd edək ki, “Dostluq” kinoteatrının binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında Stalinizm dövrü memarlığının səciyyəvi nümunəsi olmaqla tikilib.