İncəsənət
İncəsənət

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə 04-09 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq. 

OLAY yazır ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək. 

9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.