Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək.
OLAY yazır ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri nəzərə alaraq Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 90 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.
Bu qərar Maqsud İbrahimbəyovun Azərbaycan ədəbiyyatında və mədəniyyətində oynadığı mühüm rolu bir daha vurğulayır və onun irsinin daha geniş tanıdılmasına xidmət edəcək.
Xatırladaq ki, M.İbrahimbəyov 2016-cı ilin martında, 80 yaşında vəfat edib.