Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu gün əməliyyat olunub.
OLAY yazır ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.
O, əməliyyatdan yeni çıxdığını vurğulayıb:
“Özümə indi gəlmişəm. Həkimlər ikinci əməliyyata ehtiyac olduğunu dedilər”.
Qeyd edək ki, Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir. Bu onun ikinci əməliyyatıdır.