İncəsənət
İncəsənət

“Atamın bir əli işləmir” - Xalq artistinin qızı

“Atamın bir əli işləmir” - Xalq artistinin qızı

“Atamın vəziyyəti kritik olaraq qalır. Danışmır, yaxınlarını tanımır”.

OLAY yazır ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

“Sonuncu dəfə məni və oğlumu çətinliklə tanıdı. Yaddaşı tamamilə itib. İnsultdan sonra əlinin biri işləmir. Ağız əyilməsi var idi, indi bir az düzəlib. Səbirsizliklə düzəlməsini gözləyirik” deyə, A.Həsənova bildirib.

Qeyd edək ki, aktyor yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.