İncəsənət
İncəsənət

Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərin xatirəsini yad etdilər

Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərin xatirəsini yad etdilər

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

OLAY yazır ki, nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.