Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, artıq evə buraxılıb. O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:
“Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam”.
Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:
“Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq”.