İncəsənət
İncəsənət

Şah Mat Teatrı Şuşa Teatrının səhnəsində

Şah Mat Teatrı Şuşa Teatrının səhnəsində

Şah Mat Teatrı Şuşa Teatrının səhnəsində tamaşa oynayacaq

Müstəqil Şah Mat Teatrı fevral 11-də saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində  Nobel mükafatlı Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış  “Siçanlar və adamlar” səhnə əsərini teatrsevərlərə təqdim edəcək.

OLAY yazır ki, teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir.

Xronometrajı  1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur.

Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә  mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır , lakin bu “Sizifin tәpәyә daşı tәkbaşına qaldırması” qәdәr çәtin olacaq.

Qeyd edək ki, tamaşa 16+ hazırlanıb.