İncəsənət
İncəsənət

Ölkəmizdə Rusiya Mədəniyyəti Günləri başlanır

Ölkəmizdə Rusiya Mədəniyyəti Günləri başlanır

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində  "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024 - 2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

OLAY yazır ki, sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.

Tədbir çərçivəsində iyunun 24-də saat 19:00-da Heydər Əliyev Sarayında Rusiya incəsənət ustalarının iştirakı

ilə təntənəli qala konsert keçiriləcək.

İyunun 25-də saat 11:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.

Həmin gün axşam saat 20:00-da sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin  "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.