İncəsənət
İncəsənət

Dünyaca məşhur aktrisa vəfat etdi

Dünyaca məşhur aktrisa vəfat etdi

Dünyaca məşhur amerikan aktrisa Cynthia Harris 87 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə aktrisanın ailəsi məlumat verib.  Qeyd olunub ki, Harris ötən bazar günü dünyasını dəyişib. 

Onun ölüm səbəbi barədə mətbuata məlumat verilməyib. 

Qeyd edək ki, karyerasına 1970 -ci illərdə “Laverne & Shirley”, “Bob Newhart Show” və “Three's Company” kimi televiziya serialları ilə başlayan Harris “Edward & Mrs. Simpson” serialında Wallis Simpson rolu ilə populyarlıq qazanıb. Rol aktrisaya BAFTA mükafatını qazandırıb.