İncəsənət
İncəsənət

Şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı

Şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirilib. 

OLAy yazır ki, anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edib.

Konsertdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer alıb.