Rejissor Vaqif Mustafayevin İkinci Qarabağ savaşı haqda lentə aldığı “Həyat, deyəsən, gözəldir” filmi hazırlıq prosesindədir.
OLAY yazır ki, layihənin rəng korreksiyası işləri Türkiyənin İstanbul şəhərində davam edir. Filmin quruluşcu operatoru Orxan Abbasov və prodüseri Fariz Əhmədov bu prosesdə iştriak edirlər.
Qeyd edək ki, bu ekran işi “Fəryad” filminin davamı olaraq çəkilib.