Aktyor Kamran Ağabalayev kino sferasında son dövrlər baş verənlərdən, öz layihələrindən və onu qorillaya oxşadan Nigar Camaldan danışıb.
Sənətçi OLAY-ın kamerası qarşısına keçərək bunları söyləyib:
“Veriliş axarında gedir. “Alatava”nın bu ay yayımı gözlənilir. Xaricdə daha bir işimiz var”.
Aktyor kino ittifaqlarının birləşməsini müzakirə edənlərdən, Rasim Balayevin sədrliyinə etirazını bildirənlərdən söz açıb:
“İş olduqdan sonra müzakirəmizin olmağı normaldır. Oxudum ki, Rasim bəyi qınayanlar var. Onlar anlamalıdırlar ki, İttifaqın işi kino çəkmək deyil. Tamam başqa işləri var. Onlar sual versinlər ki, çox babat kino çəkirdik? Neçə ildir kino çəkmirik, kino yoxdur? Bu sualları versinlər. Məncə, bu, onların öz problemidir. İnsan nə edir, özünə edir. Bizim aktyorlar sadəcə öz üzərlərində çalışsalar, yaxşı olar”.
Ağabalayev həmkarlarının qonorar azlığından gileylənməsindən də bəhs edib:
“Aktyor öz qiymətini bilməyəndən sonra nə bilim... Narazıdılar, çəkilməsinlər. Bəzi məqamlar var ki, aldığımızın müqabilində oynayırıq deyirlər. Absurddur, gülməlidir. Bu dəqiqə elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələr və sairə var. Aktyor həm də özü marketoloq olmağı bacarmalıdır”.
Sənətçi həmkarı Taleh Yüzbəyovun ustad aktyorlardan birinin on saymazyana salam verməsi ilə bağlı statusuna da reaksiya verib:
“Ustad sənətkarlarımızın... Nə bilim? Salam Allahın adıdır. Mən bildiyim aktyordusa... Biz onun filminə baxıb öyrənmişik. Bu gün belə bir halla rastlaşırıqsa, bu, onun eyibidir. Sənətkar böyük sözdür. Biz öyrəşmişik hamıya sənətkar deyirik. Amma belə deyil. Sənətkar həm də insan olmalıdır. Nə qədər insan ola bilmişik, bilmirəm”.
Aktyor sonda Avroviziya qalibimiz Nigar Camalın onu “Maska” şouda qorillaya bənzətməsindən danışıb:
“Mən Nigar xanıma cavab vermişdim ki, ona eynisini deyə bilməyəcəyəm.
Çünki o, çox gözəl qadındır. Nə yaxşı ki, adımı çəkiblər, şübhələniblər ki, mənəm. Bəlkə, növbəti “Maska”da oldum. Bilmək olmaz”.
Video: Soltan İbrahimov