İncəsənət
İncəsənət

Novruz Qartal dəfn edilib

Novruz Qartal dəfn edilib

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

OLAY APA-ya istinadən yazır ki, vida mərasimində sənətçinin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edib.

Vida mərasimindən sonra əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.