İncəsənət
İncəsənət

“Gəncliyin səsi” Festivalı keçiriləcək

“Gəncliyin səsi” Festivalı keçiriləcək

1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.

OLAY yazır ki, festivalın açılış mərasimi 1 fevral 2024-cü il saat 18:30-da Muğam Mərkəzində Aşıq sənətinə həsr olunmuş konsert proqramı ilə baş tutacaq.

Tədbirin işıqlandırılması üçün köməklik göstərməyinizi xahiş edirik.

Məlumat üçün: Festival çərçivəsidə baş tutacaq digər tədbirlər aşağıdakılardır.

2 fevral, saat 19:00

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Gənc bəstəkarların diplom işlərindən ibarət konsert və gənc rəssamların əsərlərindən ibarət sərgi

2 fevral, saat 19:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı

İlqar Fəhminin "Balaca kişilər" tamaşası

2 fevral saat 12:00

Gəncə, Qax və Salyan

Gəncə, Qax və Salyan kukla teatrlarında tamaşa və sərgilərin təşkili

2-3 fevral saat 17:00

Gəncə Filarmoniyası, Gəncə

Gəncəli gənc rəssamların müəllifi olduğu əsərlərdən (rəngkarlıq, xalça, qobelen və s.) ibarət sərgi