İncəsənət
İncəsənət

“Sən elə bir zirvəsən” yenidən səhnədə

“Sən elə bir zirvəsən” yenidən səhnədə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində – dekabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Sən elə bir zirvəsən” tamaşa-kompozisiyası yenidən nümayiş olunacaq.

OLAY yazır ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tamaşada teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edirlər.

Musiqili-tarixi esse kimi hazırlanmış səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyevdir.