“Daha bir böyük, yeri dolmayacaq, təkrarsız bəstəkarımızı, əvəzsiz bəstəkarım Mobil Babayevi itirdik”.
Barmaqları toxunduğu hər sətir, sənət əsəri idi”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesablarında Xalq artisti Flora Kərimova paylaşıb. O, bəstəkar Mobil Babayevin vəfatından yazıb:
“Filmlərimiz üçün bəstələri, mahnıları musiqi tariximizdə adı böyüklüyündə sillinməz səhifədir. Gözəl insan, dost, şəxiyyət xüsusiyyətindən öncə vətənpərvar vətəndaş idi.
Allah rəhmət eyləsin. Əzizlərinə, doğmalarına Tanrıdan səbr və mətanət diləyirəm. Səni bizdən aldı getdi o qatar”.