İncəsənət
İncəsənət

Mehriban Xanlarova narkotikə görə tutulan eks-ərindən danışdı

Mehriban Xanlarova narkotikə görə tutulan eks-ərindən danışdı

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı Zaur Mahmudovun həbs edilməsinə münasibət bildirib.  

Məşhur aktrisa OLAY-a açıqlamasında narkotik vasitələrin satışında ittiham olunan Z. Mahmudovla illər əvvəl ayrıldığını, əlaqələrinin tamamilə bitdiyini qeyd edib:

"Lalə Dadaşovanın oğlu ilə mən uzun illər bundan əvvəl ayrılmışam. İndi onun həbs olunması xəbərində mənim adımın hallanması çox absurddur. Çünki Dadaşovlar ailəsi yetərincə tanınmış ailədir. Bu məsələdə adımın hallanmasına ehtiyac yoxdur. Allah onun da qapısını açsın. Ailəsinə isə səbr diləyirəm".

Qeyd edək ki, Zaur Mahmudovun M, Xanlarovanın keçmiş həyat yoldaşı olması barədə xəbəri lent.az saytı yayıb.

Bildirək ki, Z. Mahmudov eyni zamanda Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.