İncəsənət
İncəsənət

Kinorejissor nazirlikdəki vəzifəsindən azad edildi

Kinorejissor nazirlikdəki vəzifəsindən azad edildi

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib. 

Mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.