Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əməkdar artist Aliyə Ramazanova vəfat edib.
OLAY yazır ki, bu barədə APA-ya sənətçinin ailəsi məlumat verib.
Aliyə Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunda anadan olub.
1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunur.
Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümumələrindəndir.
O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb.
Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.
Allah rəhmət eləsin.