“NOW” telekanalı üçün çəkiləcək türk istehsalı “Adana Ayazı” serialına yeni similar daxil olub.
OLAY yazır ki, Uğur Güneş, Ebru Şahin, Levent Ülgen, Mustafa Mert Koç, Mina Derman və Asena Girişgeni bir araya gətirən serialın aktyor heyətinə daha iki dəyərli sənətçi qoşulub.
Berrin Arısoy “Adana Ayazı” serialı ilə razılığa gəlib. Təcrübəli aktrisa maraqla gözlənilən layihədə “Gönül” obrazını canlandıracaq. O, “Elif”in (Ebru Şahin) və “Suzan”ın (Mina Derman) anası kimi tamaşaçıların qarşısına çıxacaq.
“Adana Ayazı” serialının heyətinə son olaraq Özgür Cem Tuğluk da qoşulub.
Uğurlu aktyor serialda “Kadir” obrazına həyat verəcək və “Fırat”ın (Uğur Güneş) düşməni kimi tamaşaçıların qarşısına çıxacaq.