İncəsənət
İncəsənət

Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq

Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq

Dahi bəstəkar Qara Qarayevə sənədli film həsr edilib. 

OLAY yazır ki, iyunun 18 – i saat 18:30 – da Muğam Mərkəzində Beynəlxalq “Piano” festivalı çərçivəsində, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, görkəmli kinorejissor Oqtay Mir – Qasımın dahi bəstəkar Qara Qarayevə həsr etdiyi “Bu həqiqətin səsidir. Qara Qarayev” sənədli filminin bərpa olunmuş nüsxəsinin nümayişi baş tutacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək. Tədbirdə tanınmış kino və musiqi xadimləri, ziyalılar iştirak edəcək.

Daha sonra iştirakçılar üçün furşet veriləcək.