İncəsənət
İncəsənət

“Rus Dram”ın qastrol avtobusu qəzaya düşdü

“Rus Dram”ın qastrol avtobusu qəzaya düşdü

Akademik Rus Dram Teatrının heyəti Şəkiyə yola düşüb.

OLAY-ın əldə etdiyi məlumata görə, onlar Şəki Dövlət Dram Teatrının səhnəsində “Я, ты, он и телефон” tamaşasını oynamaq üçün bölgəyə yollanıb.

Lakin gözlənilməz qəza baş verib. Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb. 

Xoşbəxtlikdən bu zaman teatrın aktyorları minik maşınından enmək üçün qapı tərəfdə olub. Onlardan xəsarət alan olmayıb.