İncəsənət
İncəsənət

Beynəlxalq Muğam Mərkəzinə yeni təyinat

Beynəlxalq Muğam Mərkəzinə yeni təyinat

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

OLAY APA-ya istinadla yazır ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə "Respublika" Muğam Müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

S.Paşazadə həmçinin, Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələrdə mükafat qazanıb.