ABŞ-da məşhur rəsm əsərləri hərraca çıxarılır.
OLAY yazır ki, onların arasında ən diqqət çəkəni Qustav Klimtin əsəridir. Dünyaca məşhur avstriyalı rəssam bu tablonu 20-ci əsrin əvvəllərində çəkib. Klimt öz rəsmində Attersi gölünü canlandırıb. Rəsmin 45 milyon dollara alıcı tapacağı gözlənilir.
Qeyd olunur ki, rəsm Klimtin şəxsi kolleksiyalarda qalan nadir əsərlərindən biridir.
Pikassonun üç portreti də hərracda satılacaq əsərlər arasındadır.